Parlamentin gündəliyində dəyişiklik edildi - Yeni layihə

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova bildirdi ki, iclasın gündəliyinə dəyişiklik edilib və daha bir qanun layihəsi müzakirəyə çıxarılacaq. 

Qeyd edək ki, parlamentə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi daxil olub. 

Bundan əvvəl Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin zəlzələ nəticəsində böyük dağıntılara məruz qalan Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib.

Sazişə əsasən Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq.

Hazırda iclasda büdcə məsələləri müzairə olunur.

E.Paşasoy,
Musavat.com

14.11.2023 11:35
798