Parlamentdə huşunu itirən türkiyəli deputatın vəziyyəti açıqlandı

Dünən Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı huşunu itirən deputat Hasan Bitmezin son vəziyyəti açıqlanıb. 

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, türkiyəli deputatın vəziyyəti hazırda kritikdir və müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 

Məlumata görə, Hasan Bitmez ürəklə yanaşı, şəkər xəstəliyindən də əziyyət çəkir.

Bununla yanaşı, deputat dünən huşunu itirərkən başı mərmər pilləkənə dəyib. 

Xatırladaq ki, H.Bitmez dünən huşunu itirdikdən sonra ona hadisə yerində uzun müddət ürək masajı edilib və daha sonra xəstəxanaya çatdırılıb.

13.12.2023 16:27
611