Parlament seçkiləri təxirə salınır

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və səfərbərliyin müddətinin uzadılmasına dair qanunlar imzalayıb.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bununla da ölkədə səfərbərlik və hərbi vəziyyətin müddəti cari ilin noyabrın 15-nə qədər uzadılıb.

Ukraynada müharibənin başlamasından bu günə qədər artıq 8-ci dəfədir analoji qərar verilir.

Bildirilir ki, ölkədə növbəi parlament seçkiləri oktyabr ayında keçirilməli idi. Lakin qanunvericiliyə əsasən, hərbi vəziyyət səbəbindən seçki keçirilə bilməz.

17.08.2023 15:34
552