Paris və London da Rusiyaya zərbə endirməyə icazə verdi

Fransa və Böyük Britaniya, Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raket zərbələri endirməsi üçün "SCALP/Storm Shadow" raketlərini istifadə etməsinə icazə verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Le Figaro" qəzeti yayıb.

Əvvəlki xəbərlərə əsasən, ABŞ Prezidenti Cozef Bayden, Birləşmiş Ştatların Ukraynaya uzaqmənzilli silahlar verərək, Rusiya ərazisinə zərbələr endirməyə icazə verdiyini təsdiqləyib. Bu qərarın qəbul edilməsi Vaşinqtonda hakimiyyət dəyişikliyindən cəmi iki ay əvvəl baş verib və ABŞ siyasətində mühüm dəyişikliyə işarə edir.

Fransa və Böyük Britaniyanın, eləcə də ABŞ-ın Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr endirməyə icazə verməsi, Ukrayna müharibəsinin gedişatında ciddi diplomatik və hərbi təsirlər yarada bilər. 

 

Musavat.com

 

17.11.2024 23:57
716