Paris prokurorluğu Marin Le Penin prezidentliyə namizədliyini yasaqlamaq istəyir

Paris prokurorluğu Milli Birlik partiyasının parlament fraksiyasının lideri Marin Le Penin beş il müddətinə hökumətə seçilmək hüququndan məhrum edilməsini tələb edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Prokurorluq həmçinin Le Penin iki il şərti olmaqla 5 il həbs cəzasına məhkum edilməsini və həmçinin 300 min avro cərimə olunmasını istəyir.

Prokurorluq Avropa Parlamentinin vəsaitlərinin sui-istifadəsi ilə bağlı cinayət işində Le Pen üçün belə bir cəza istəyib. Bu işdə Le Pendən başqa, Milli Birliyin 20-dən çox nümayəndəsinin adı keçir. Prokurorluq onlara da həbs cəzası istəyib.

Bundan başqa Milli Birlik partiyasının özündən iki milyon avro cərimə ödəməsi tələb olunub.

Məhkəmə hökm çıxarsa, Marin Le Pen qərardan şikayət etsə belə, seçkilərdə iştirak edə bilməyəcək.

Marin Le Pen sözlərinə görə, ittiham tərəfi partiyanı məhv etməyə və "fransız xalqını istədikləri şəxsə səs vermək imkanından məhrum etməyə" çalışır.

Musavat.com

14.11.2024 13:31
160