Paris-2024: Azərbaycan güləşçisi olimpiadaya qələbə ilə başladı

Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

İdmançımız Həsrət Cəfərov 67 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

O, ilk Olimpiya oyununda Misir təmsilçisi Mohamed Eısayed ilə üz-üzə gəlib.

1/8 finalda mübarizəyə başlayan Həsrət Cəfərov rəqibini məğlub edib - 9:0.

Beləliklə, o 1/4 final mərhələsinə vəsiqə qazanıb.//APA

07.08.2024 14:08
561