Pandemiya dövründə tətbiq edilən cərimələr ləğv olunur?- Deputatın təklifinə reaksiyalar

 

Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir.

Musavat.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin aprelin 12-də keçirilən iclasında çıxış edib.

O bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.

Eyni zamanda paytaxt sakinləri qapalı məkanlarda, o cümlədən nəqliyyat vasitələrində maska qadağasının aradan qaldırılmasını istəyirlər. Çünki havalar isindikcə vətəndaşların qapalı məkan və ictimai nəqliyyatda maska ilə nəfəs alması da çətinləşir. Bu da bir sıra xəstəliklərin, əsasən də ürək və ciyər problemlərinin yaranmasına səbəb olur.

Mövzu ilə bağlı Tv Musavat-ın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənib.

Anar Əhməd,
Nərminə Aydın,

Musavat.com

14.04.2022 18:27
1148