Panamada 77 yaşlı təqaüdçü hüquqşünas Kennet Darlinqton magistral yolu bağlayan iqlim dəyişikliyi etirazçılarını güllələyib.
Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Məlumata görə, nümayişçilər Panama hökumətinin “ekoloji cəhətdən həssas ərazidə” yerləşən ən böyük açıq mis mədənini idarə etmək üçün Kanada şirkəti ilə razılaşmasına qarşı etiraz kampaniyası aparırdılar. Aksiya zamanı fəallar Darlinqtonun avtomobilinin keçməsinə mane olublar. Bundan qəzəblənən amerikalı hüquqşünas maşınından düşərək tapança ilə onlara atəş açıb. Nəticədə zərərçəkənlərdən biri yerindəcə, ikincisi isə xəstəxanada dünyasını dəyişib.
Məhkəmə artıq həmin şəxsin həbsinə qərar verib. O, qətldə və qanunsuz silah saxlamaqda ittiham olunur.