Panama gəmisi Yəməndə raket hücumuna məruz qalıb

Yəmən sahillərində Panama bayrağı altında üzən neft tankeri raket hücumuna məruz qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkəti məlumat yayıb.

Məlumata görə, Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbində raket hücumu nəticəsində Panama bayrağı altında üzən neft tankeri zədələnib. Şirkət bildirib ki, gəminin göyərtəsində yanğın baş verib.

18.05.2024 13:30
488