Bakı Dövlət Universitetinin (BDU) Neft kimyası və kimya texnologiyası kafedrasının böyük laborantı Pakizə Əsədova vəfat edib.
BDU-dan Musavat.com-a verilən məlumata görə, Pakizə Əsədova 1961-ci il iyunun 15-də Ermənistanın Vardenis rayonunda anadan olub.
1986-cı ildə BDU-nun Kimya fakültəsini bitirib. O, 1986-1990-cı illərdə BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasında laborant, 1990-cı ildən isə böyük laborant işləyib.