Pakistanın nüvə arsenalı - Başlıqların sayı AÇIQLANDI

Pakistanın nüvə arsenalı hazırda 170 nüvə başlığından ibarətdir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika Alimləri Federasiyası məlumat yayıb.

Qeyd olunub ki, cəmi bir il əvvəl bu ölkənin nüvə arsenalında 165 döyüş başlığı olub.

"Hazırda Pakistan ildə 14-27 yeni döyüş başlığı yaratmaq üçün kifayət qədər material istehsal edir, baxmayaraq ki, faktiki ehtiyatı ildə orta hesabla 5-10 döyüş başlığı artırır", - amerikalı ekspertlərin hesabatında deyilir.

Hesabatda bildirilir ki, Pakistan nüvə başlıqlarını çatdırmaq üçün altı növ ballistik raketlərə malikdir. Bunlar bərk yanacaqla işləyən qısa mənzilli "Hatf-2", "Hatf-3", "Hatf-4", "Hatf-9", həmçinin orta mənzilli "Hatf-5" və "Hatf- 6" raketləridir. Raketlər mobil buraxılış qurğularına yerləşdirilib.

Bundan əlavə, Amerikanın "Tomaqavk" raketlərinə bənzəyən "Babur" (Hatf-7) qanadlı raketlərini nüvə başlıqları ilə təchiz etmək olar.

Qeyd edək ki, rəsmi olaraq Pakistan əlində olan nüvə başlıqlarının sayını açıqlamır.

Musavat.com

13.09.2023 09:58
1535