Pakistanın Sind əyalətinin Kaşmor rayonunda döyüş sursatı partlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “News” qəzeti polisə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Kandkot bölgəsində baş verən partlayışda azı 8 nəfər həlak olub.
Məlumata görə, döyüş sursatı kənd təsərrüfatı sahəsində oynayan yerli uşaqlar tərəfindən tapılıb, bundan sonra mərmi evə gətirilib və orada partlayıb.
Əyalət rəhbərliyi hüquq-mühafizə orqanlarından raket mərmisinin əraziyə necə düşdüyü barədə məlumat tələb edib.
Musavat.com