Əfqanıstanda qalan ABŞ silahları Pakistanda terror aktları üçün istifadə olunur.
Bu barədə Pakistanın ədliyyə naziri Aqil Malik bildirib.
"Pakistanda Əfqanıstan torpaqlarından gələn və xüsusilə ABŞ-dən qalan silahlardan istifadə etməklə törədilən hadisələr baş verib", - Malikbildirib.
O, terrorçuların bu yaxınlarda Pakistanın qərbindəki Hayber-Paxtunxva əyalətinə hücumda ABŞ silahlarından istifadə etdiklərini qeyd edib.
Xatırladaq ki, daha əvvəl Pakistan hökuməti "Taliban"ı ölkə ərazisində möhkəmlənməyə və orada avanpost yaratmaq cəhdində ittiham edib.\\Oxu.Az