Pakistan Xarici İşlər Nazirliyi İranla sərhəddəki vəziyyətlə bağlı açıqlama yayıb.
Musavat.com-un məlumatına görə, açıqlamada bildirilir ki, Pakistan-İran sərhədində yerləşən bütün sərhəd-keçid məntəqələri tam fəaliyyət göstərir və hazırda hər hansı bağlanma halı yoxdur.
Nazirlik əlavə edib ki, sərhəd bölgəsində sabitliyin qorunması üçün müvafiq orqanlarla koordinasiya gücləndirilib.
Musavat.com