Pakistan ordusu Hindistanın Kəşmir bölgəsindəki mövqelərinə artilleriya atəşləri açıb.
Musavat.com xəbər verir ki, atışmalar gecə saatlarında başlayıb və hələ də davam edir.
Məlumata görə, Pakistan Silahlı Qüvvələri Hindistanın nəzarətində olan Kəşmir istiqamətində intensiv şəkildə artilleriya zərbələri endirir. Bununla yanaşı, Pakistan ordusu sərhədə yaxın ərazilərdə hərbi texnika cəmləşdirib.
Xüsusilə Barqi-roud şosesi istiqamətində tank kolonlarının hərəkətə keçdiyi bildirilir.
Qeyd olunur ki, bu ərazi Hindistanla sərhəddən cəmi 6 kilometr məsafədə yerləşir.
Musavat.com