“Özünüzü pis aparsanız, dördüncü övladı dünyaya gətirəcəyəm” - VİDEO

“Demək olar ki, evdə tək yaşayıram. İkinci qızım Əminəni köçürtməmişəm. Onun özünün ayrı evi var. O hələ nişanlanmayıb. Əminənin nişanlanması baş tutmayıb. Amma inşallah olacaq. Hələ heç nə... Birinci qızım Mədinənin üç uşağı var”.

Bu sözləri Əməkdar artist Almaz Ələsgərli qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Sənətçi iki qızı Mədinə və Əminə, eyni zamanda üç nəvəsindən söz açıb:

“Qızım Mədinənin iki qız və bir oğlan övladı var. Nəvəm Melisa artıq məktəbə gedir. Onun kiçik bacısına “Emoş” deyirik. Qızım bacısının adını ikinci qızına qoyub. Yəni adı Əminədir. İstəyib qoyub. Bəlkədə onlar bizi indi izləyirlər. Nəvələrim məni efirdə görəndə üçü də gəlib televizoru öpüb deyirlər ki, nənə çıxda oradan. Ad məsələsində mənim üçün heç fərqi yoxdur. Onlar lap mənim qudalarımın adlarını öz övladlarına qoysunlar. Bunu etsəydilər mən çox sevinərdim. Qızım övladlarına ad seçib, qoyanda qarışmadım. Onlar özləri yəni qızım və onun həyat yoldaşı seçim etdilər. Onlara deyirəm ki, daha bəstir artıq üç nəvəm var. Hərdən mənə deyir ki, özünüzü pis aparsanız, dördüncü övladı da dünyaya gətirəcəyəm”.

Qeyd edək ki, Almaz Ələsgərlinin qızı Mədinə ailə qurduqdan sonra İsveçə köçüb. (olay)

 

29.11.2024 08:56
1200