Özünü yandıran üç uşaq atası xəstəxanada öldü

Dörd gün əvvəl Tovuzda özünü yandıran şəxs xəstəxanada vəfat edib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Düz Qırıqlı kəndində yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandıran 1985-ci il təvəllüdlü Mayıl Aydın oğlu Həmidov vəfat edib.

Bildirilib ki, üç uşaq atası olan M.Həmidov kənddə fərdi təsərrüfatla məşğul olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

14.11.2022 12:33
792