Yevlaxda intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Kəlbəcərin Ağcakənd kəndindən məcburi köçkün, 1974-cü il təvəllüdlü Nəsimi Xəlilov özünü Kövər kəndindəki evdə təsərrüfat ipi ilə asıb.
Onun son vaxtlar psixoloji problemlərinin yarandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.