Özünü öldürən DSX əsgərinin FOTOSU

Naxçıvan Muxtar Respublikasında xidmət keçən əsgər özünü güllələyib.

Bunu Musavat.com-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Naxçıvan Hərbi Prokurorluğuna məlumat daxil olub.

Sosial şəbəkələrdə K.Bəkiyevin fotosu yayılıb.

Hərbçimizin fotosunu təqdim edirik.

 

 

 

 

10.07.2023 14:49
1534