Xəbər verdiyimiz kimi, reanimasiyada müalicəsi davam etdirilən influenser Asya İsmayılova özünə gəlib.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, palataya köçürülən bloger foto paylaşıb və bu sözləri qeyd edib:
"Yaxşıyam, şükür. Məni sevginizlə çox kövrətldiniz. Hər birinizi çox sevirəm. Bir neçə gündür ölkə gündəmini zəbt etdim. İstəməzdim, amma məcbur. Bəlkə də bu hadisə baş verməsəydi, mən bu qədər sevildiyimi bilməyəcəkdim. O qədər kövrəldim ki, yazılarınızı oxuyub, necə gözəl insanlar qazanmışam mən. Çoxunuzun üzünü görməmişəm, səsinizi eşitməmişəm, amma sizi inanılmaz çox sevirəm, yaxşı ki, varsınız. Allah hər birinizin ürəyinə görə versin".