Özümə “dünyanın ən mələk simasıyam” demirəm - VİDEO

“Sülh və əmin-amanlıq prinsipi məndə heç zaman pozulmayacaq”. 

Bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu “Özəl” verilişində deyib.

Sənətçi bildirib ki, həmkarlarından fərqli olaraq onlarla mübahisəsini ekran önündə deyil, kənarda həll edib:

“20 ildir ki, məndə bu belədir. Deyim ki, bu çərçivəni mən özüm yaradıram... “Məndən yoxdur. Mən dünyanın ən mələk simasıyam” – demirəm. Bu mənim xasiyyətimdir. 20 ildir ki, peşəkar səhnədəyəm. Bu illər ərzində qalmaqala düşsəm də, heç zaman cavab verməmişəm. Kimləsə də mübahisəm olanda da ekran onündə deyil, ekran arxasında həll etmişəm. Yəgin ki, bu, belə də davam edəcək”. (olay)

15.10.2024 10:12
622