Özlərini prokuror və polis kimi təqdim edib sizi tələyə sala bilərlər - BU MESAJI AÇMAYIN!

Xəbər verildiyi kimi, türkiyəli məşhur müğənni Serdar Ortaç və şoumen Mehmet Ali Erbil qanunsuz mərc oyunlarına təşviq etməkdə təqsirli bilinir.

Onların hər ikisi ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.

ARBİL.jpg (60 KB) 

Musavat.com “Hürriyet”ə istinadla xəbər verir ki, dələduzlar gündəmdə olan “qanunsuz onlayn mərc və qumar” məsələsini yeni metod kimi istifadə etməyə başlayıblar.

Bu üsuldan istifadə edənlər özlərini hüquq bürosu əməkdaşı və ya vəkil kimi təqdim edərək “Qanunsuz onlayn mərc oynadığınız təsbit edilib” deyib, aldatmaq istədikləri insanlara saxta məhkəmə qərarı sənədləri göndərirlər. Bu tələyə düşənlər dələduzluğun qurbanı olurlar.

Telefon dələduzları, dövlət qurumlarının gördüyü tədbirlərə baxmayaraq, üsullarını dəyişdirərək inkişaf etdirirlər. Daha əvvəl özlərini prokuror və ya polis kimi təqdim edərək bir çox insanı aldadan bu şəxslər indi də məşhurların adlarını “qanunsuz onlayn mərc əməliyyatları” ssenarisinə daxil edərək vətəndaşları aldatmağa çalışırlar.

Qanunsuz onlayn mərc və qumar əməliyyatı ilə aldadılmaq istənilən şəxslərdən biri olan dövlət qulluqçusu C.B. başına gələnləri “Hürriyet”ə danışıb:

“Əvvəlcə telefonuma bir mesaj gəldi. Mesajda bir hüquq bürosunun adı istifadə olunurdu, vasitəçilik dosyamın olduğu deyilirdi və əlaqə saxlamasam, zərər çəkəcəyim bildirilirdi. Mən də panikaya düşüb göstərilən nömrəyə zəng etdim. Onlar mənə qanunsuz mərc və ya şans oyunları oynama cinayəti törətdiyimi dedilər”.

C.B. sözlərinə belə davam edib:

“Bir IP ünvanı verərək qanunsuz mərc oynadığımı və bunun təsbit edildiyini dedilər. Təkidlə mərc oynamadığımı izah etməyə çalışdım, amma qarşımdakı şəxs məni dinləmədi. “Əlinizdə rəsmi sənəd varmı?” deyə soruşanda mənə dərhal məhkəmə qərarı kimi görünən bir sənəd göndərdilər. Sənədi görəndə daha çox panikaya düşdüm. Çünki sənəddə 86 min lirəyə qədər inzibati cəza ödəyə biləcəyim yazılmışdı.

Əvvəl mesaj göndərdilər, sonra saxta olduğu çətin başa düşülən sənəd yolladılar. Sənədi alandan sonra həmin nömrəyə yenidən zəng etdim. Təkrar mərc oynamadığımı izah etməyə çalışdım, amma artıq pulu ödəməyə qərar vermişdim. Telefonun o biri tərəfindəki şəxs “Serdar Ortaçı görmədinizmi? Qara istiot kimi yanar, həbs olunarsınız” deyəndə şübhələndim. Telefonu bağlayıb E-Devlet sisteminə daxil oldum. Sistemdə haqqımda açılmış bir iş olmadığını görəndə aldadıldığımı başa düşdüm. Tanış bir polisə zəng edib kömək istədim. O da mənə aldadıldığımı izah edəndə həqiqət ortaya çıxdı”.

Dələduzların gündəmi çox yaxşı izlədiyini deyən İstehlakçılar Birliyinin rəhbəri Neşet Gündüz bildirib:

“Serdar Ortaç, Mehmet Ali Erbil kimi məşhurlar qanunsuz mərc məsələsinə qarışanda bu dələduzlara fürsət yarandı. Saxta sənədlər vasitəsilə bu işi istifadə edir, mərc və qumara aidiyyəti olmayan insanları belə aldadırlar. Hətta məni belə aldatmağa çalışdılar. Öz vəzifəmi deyəndə telefonu dərhal bağladılar. Belə zənglə qarşılaşanlar mütləq E-Devlet sisteminə daxil olub yoxlasınlar. Məşhurların adını eşidəndə panikaya düşməsinlər”.

Musavat.com

25.11.2024 12:25
2131