Özəl universitetin prorektoru RÜŞVƏT ALARKƏN SAXLANILDI

Kiyevdə özəl universitetlərdən birinin prorektoru təhsil müəssisəsinə qəbul üçün abituriyentdən 2000 dollar alarkən saxlanılıb.

Sfera.az bildirir ki, bu barədə sentyabrın 6-da Kiyev şəhər Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, təhsil müəssisəsinin prorektoru universitetə qəbul imtahanları zamanı ona düzgün cavablar verməkdə köməklik edib.

06.09.2024 23:56
1829