Məşhur türk müğənnisi Özcan Deniz ailə üzvləri ilə düşmən olub.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, müğənni və aktyor Özcan Deniz həm də meneceri olan böyük qardaşı Ercan Denizlə dava edib. Bu barədə müğənni öz sosial şəbəkə hesabında məlumat yayıb.
Bir-birinin ardınca emosional paylaşımlar edən sənətçi yeganə ailəsinin oğlu Kuzey və həyat yoldaşı Samar Dadgar olduğunu bildirib.
Buna səbəb bir müddət öncə Erzan Denizin verdiyi müsahibədə "Hər ailədə belə bir hərəkətverici qüvvə var. Biri pul qazanır, o biri qardaş dolanır. Allah o pulu ona tək yeməsi üçün vermir" deməsi olub.
52 yaşlı Özcan Deniz qardaşından inciyərək, "Ən yaxın ailə üzvləriniz olsa belə, stressi idarə edə bilməyən bir insandan uzaq durun. Çünki o, doğru-yalana əhəmiyyət vermir. O, sizi qurban verəcək qədər irəli gedəcək. İstəsəydilər, uğrunda canımı verərdim insanların çoxunu həyatımdan çıxardım. Çünki onların yoxluğuna üzülmək, etdiklərinə üzülməkdən daha asandır.
Neçə ailə üzvün sənə xəyanət etdi? Onlar sənə nə qədər viran qoydular və yenidən ayağa qalxdın? Ən yaxın adamlardan neçəsi səni yalnız gəlir mənbəyi kimi görüb? O qapını bağladığınız zaman adının yanına böyük bir sıfır qoyan oldumu?" deyə müğənni bildirib.