Özbəkistanlı nazir Azərbaycan AÇIQLAMASI: "Dostluğumuz əbədi olsun”

Azərbaycan və Özbəkistan, xalqlarımız arasında dostluq əbədi olsun.

“Report” xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov tviter hesabında azərbaycanlı həmkarı Ceyhun Bayramova Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımında yazıb.

“Əziz Ceyhun Bayramov, sizi Azərbaycanın Müstəqilliyinin 31-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Ölkələrimiz və xalqlarımız arasında dostluq əbədi olsun!" - nazir sosial şəbəkə hesabında yazıb.

Nazir paylaşımına "Müstəqilliyin Bərpası Günü” həştəqini də əlavə edib.

19.10.2022 00:14
643