Özbəkistanın Səmərqənd şəhər Katta Kurqan teatrında Azərbaycan əsərləri səhnəyə qoyulacaqdır

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Səmərqənd şəhər Katta Kurqan Teatrının rəhbəri, tanınmış rejissor Batır Tuqalovu qəbul edib. 

Görüşdə Özbəkistan-Azərbaycan arasında teatr sənəti sahəsində əməkdaşlıq, Azərbaycan əsərlərinin Səmərqənd teatrında səhnələşdirilməsi, Azərbaycan teatr müəssisələri ilə əlaqələrin genişləndirilməsi, rejissor və artistlərin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin reallaşdırılması məsələləri razılaşdırılıb. 

Cari ilin 18 oktyabr tarixində Səmərqənd şəhər gününə həsr olunmuş tədbirlərdə Azərbaycan Mədəniyyət Mərkəzinin iştirakı, azərbaycanlı sənətçilərin çıxışı və s. barədə fikir mübadiləsi aparılıb. Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzi, onun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verərək, Mərkəzin binası, muzeyləri ilə qonağı tanış edib.

2.jpg (1.48 MB)

23.08.2022 15:12
2042