Özbəkistanda parlament seçkiləri başa çatıb

Özbəkistanda yerli vaxtla saat 15:00-a olan məlumata görə, Ali Məclisin Qanunvericilik Palatası və yerli şuralara seçkilərdə seçici fəallığı 62,7 faiz təşkil edib.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Bəhrom Kuçkarov deyib.

Onun sözlərinə görə, səsvermədə 19 milyon 944 min 859 seçicidən 12 milyon 504 min 688 nəfər iştirak edib.

Ən çox seçici fəallığı Fərqanə vilayətində - 69,22 %, Namanqanda (68,08) və Cizzəkdə (66,83) qeydə alınıb.

Qeyd edək ki, Özbəkistanda seçkilər ölkədə ictimai-siyasi fəallığın artması şəraitində “Mənim seçimim firavan Vətəndir” şüarı altında keçirilir.

Seçkilərdə beş partiya iştirak edir. Səsvermələrin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.

İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.

27.10.2024 20:45
327