Özbəkistanda hərbi helikopter qəzaya uğradı: Heyət həlak oldu

Özbəkistan Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava Qüvvələri komandanlığına məxsus Mi-8 helikopteri qəzaya uğrayıb. Ölkənin Müdafiə Nazirliyinin Telegram kanalında yayılan məlumata görə, helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.

Uçuşun Kattakurqan poliqonunda baş verdiyi bildirilir. Hadisə nəticəsində helikopterin bütün heyəti həlak olub. Hazırda ekspertlər qəzanın səbəblərini araşdırır.

Özbəkistan Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiyini qeyd edib.

Musavat.com

17.11.2023 22:51
481