Özbəkistanda biznes üçün enerji qiymətləri sərbəstləşdirilir  

Oktyabrdan etibarən Özbəkistanda sahibkarlar üçün elektrik enerjisi tarifləri liberallaşdırılacaq. Bu barədə normativ sənədlərin yerləşdirildiyi portaldakı layihədə deyilir.

“2023-cü il oktyabrın 1-dən “UzQazTrade” SC, “Xududqaztaminot” SC, “Uztransqaz” SC, Ərazi Elektrik Şəbəkələri SC, “Özbəkistan Milli Elektrik Şəbəkələri” SC və “İssiqlik Elektrikstaniya” SC-nin məhsullarının satışından əldə edilən bütün vəsaitlər vahid xəzinə hesabında saxlanılır”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Özbəkistanın Energetika Nazirliyi sentyabrda ölkədə qaz və elektrik enerjisinin qiymətlərinin liberallaşdırılmasını nəzərdə tutan enerjinin inkişafı proqramını təqdim edəcəyini açıqlamışdı. 2022-ci ilin dekabrında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev enerji sektorunda azad bazar münasibətlərinə keçidin zəruriliyini elan edərək, sahibkarların və investorların enerji məsələsində “konkret həll yollarını gözlədiklərini” bildirib.

Musavat.com

10.09.2023 10:36
554