Özbəkistanda 13 yaşlı uşaq qohumunu, onun tələbi ilə öldürüb

Özbəkistanın Sırdərya vilayətində 13 yaşlı uşaq psixi pozğunluqdan əziyyət çəkən qohumunu bıçaqlayıb.

Musavat.com “Gazeta.uz”a istinadla xəbər verir ki, mərhum bıçağı uşağa verib və hədə-qorxu gələrək ondan onu öldürməsini istəyib.

Hadisənin təfərrüatları barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“İstintaq məlumatına görə, oktyabrın 18-də uşaq tərk edilmiş ərazidən keçən zaman 23 yaşlı uzaq qohumu ona zəng edib. O, oğlandan onu bıçaqla öldürməsini istəyib, lakin rədd cavabı alaraq uşağı qorxutmağa başlayıb. Nəticədə oğlan onu bıçaqla vurub”, - deyə məlumatda bildirilir.

Həmin şəxs “paranoid şizofreniyanın epizodik gedişi” diaqnozu ilə psixonevroloji dispanserdə qeydiyyata alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi (təqsirkarın köməksiz vəziyyətdə olduğu məlum olan şəxsi qəsdən öldürmə) ilə cinayət işi başlanıb.

Musavat.com

 

30.10.2024 12:59
417