Özbəkistan Rusiyadan neft alışını kəskin artırıb

Bu ilin yanvar-avqust ayları ərzində Rusiya neftinin Qazaxıstan ərazisindən Özbəkistana nəqli 2023-cü ilin səviyyəsini 30 faiz ötüb.

Musavat.com xəbər verir ki, bu məlumatı Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin açıqlayıb.

Rusiya neftinin Qazaxıstan vasitəsilə Çinə tranzitindən danışan Sorokin xatırladıb ki, 2023-cü ildə Çinə tədarük həcmi 10 milyon ton təşkil edib: "Bu il də eyni rəqəmlərə çatmağı gözləyirik".

Xatırladaq ki, 2023-cü ildə Rusiyadan Özbəkistana neft nəqli 154,3 min ton təşkil edib. 2024-cü ilin sonuna qədər Özbəkistana neft tədarükünün 500 min tondan yuxarı olması planlaşdırılır.

Musavat.com

30.09.2024 22:35
289