Özbəkistan İnvestorlar üçün “qızıl viza” tətbiq edir

2025-ci il iyunun 1-dən Özbəkistan ən azı 200 min ABŞ dolları məbləğində investisiyalar üçün beş illik yaşayış icazəsi verməyə başlayacaq. Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, proqram əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün əlçatandır.

Yaşayış icazəsi almaq üçün ərizəçi 200 min dollar investisiya etməlidir. Hər bir ailə üzvü (həyat yoldaşı, uşaqlar və ya valideynlər) üçün əlavə 100.000 dollar tələb olunur. Bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb.

Analoji proqramlar artıq bir sıra ölkələrdə, o cümlədən Portuqaliya, İspaniya və BƏƏ-də uğurla fəaliyyət göstərir. Bu ölkələrdə xarici investorları cəlb etmək üçün “qızıl viza”lardan istifadə olunur.

Musavat.com

 

19.04.2025 15:25
397