Ermənistanda Azərbaycan və İran sərhədləri yaxınlığında Amerika əsgərlərinin və silahlarının gizli yerləşdirilməsinin görüntüləri yayılıb. Məlumatı “Caliber” yayıb.
Sayt daha əvvəl ABŞ hərbi-nəqliyyat təyyarələrinin Ermənistana enməsi və Boinq C-17-nin göyərtəsində təkcə hərbi yüklər deyil, həm də şəxsi heyətin gəlməsi ilə bağlı fakt yaymışdı.
Məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi təkzib etmişdi. Sayt növbəti dəfə faktları tam təsdiqləyən foto-sübutlar təqdim edib.
Xatırladaq ki, bundan əvvəl Fransa Ermənistana öldürücü silahlar vermişdi. Beləliklə, göründüyü kimi sürətli silahlanma gedir. Bəs bu, nəyə hesablanıb?
TV Musavat mövzu ilə bağlı Bakı sakinləri arasında sorğu keçirib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com