Öz ərizəsi ilə işdən çıxan bu şəxslərə maaşlarının 6 qatı müavinət veriləcək

Öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.

Musavat.com xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

03.10.2024 11:04
3136