Oyundan sonra azarkeşlər futbolçulara hücum etdi, bıçaqlananlar var - FOTOlar

Türkiyənin Kayseri şəhərində U18 Liqasının A qrupunda liqanın 16-cı həftəsində "İlbeyspor" və "Qaziosmanpaşaspor" Erkilet Stadionunda üz-üzə gəlib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, vaxtaşırı artan gərginlik matçın sonuna qədər davam edib.

Qarşılaşmada 4-3 hesabı ilə qalib gələn "İlbeyspor" qalibiyyətdən sonra stadionun çıxışında azarkeş qruplarının hücumuna məruz qalıb.

Bıçaqlı hücumda 2 futbolçu yaralanıb

Hadisədən dərhal sonra hadisə yerinə çoxlu sayda polis qrupları və tibb işçiləri göndərilib.

Polis hadisəyə qarışan şübhəliləri nəzarətə götürdü.

07.01.2024 15:00
787