Argentinanın Misiones əyalətində hakim oyun zamanı 21 yaşlı futbolçunu bıçaqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Məlumata görə, qarşılaşma zamanı futbolçularla 62 yaşlı hakim arasında mübahisə baş verib.
Dava zamanı hakim bıçağı çıxarıb və oyunçulardan birinin sinəsinə sancıb.
Huşunu itirən futbolçu xəstəxanaya çatdırılıb.
Hakim meydandan qaçsa da, daha sonra polis tərəfindən saxlanılıb.
Musavat.com