"Oxuyanda qışqırmaqdan xəstə olmuşam"

"Qəzəlləri oxuyanda muğam özü bir gözəllik tapır. Xanəndəyə yol göstərir, aza bilmir. Qəlizdir və öyrənmək çətindir. İndiki dövrdə ona pul verən yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov "İzzət şou" da danışıb. Xanəndə indi muğam oxuyanların qəzəllərdən istifadə etməməsindən danışıb:

"İndi toyda "ana, ölürəm sənin üçün, gəlim qəbrinə. Ata gəlim qəbrinə" kimi sözlər istəyirlər. Qəzəli başa düşən insanlar azdır. Onun tamaşaçılarını nə toyda, nə məclisdə taparsan. İnkişaf əvvəl kəndlərdə var idi. Gənc oxuyanlarda günah görmürəm. Oxuyanda qışqırmaqdan qrija olmuşam. Bir dəfə toyda əlimi qarnıma vurdum ki, daş kimidir. Bu, pressdən heç kimdə olmaz. Elə bilirdim xəstəlik tapmışam. Çox əzablı, cəfalı yoldur".

20.10.2024 01:50
781