Qubada ana və körpəsi dünyasını dəyişib.
Belə ki, Xaçmaz rayonunun Hülövlü kənd sakini 24 yaşlı Samirə Nəsirova doğuş üçün Quba Regional Perinatal Mərkəzinə gətirilib. Vurulan iynədən sonra vəziyyəti pisləşib, ana və bətnindəki körpə vəfat edib.
Həyat yoldaşı Habil Məmmədzahidov mərhumun əməliyyatdan öncə səhhətində heç bir probleminin olmadığını deyib:
"Hər şeyi normal idi. Avqustun 21-i səhər əməliyyata girdi. İyirmi dəqiqə sonra həkim gəlib dedi ki, vəziyyəti ağırdır. Bir az keçəndən sonra xəbər verildi ki, xəstə keçinib. Narkozu vuranda 2 dəfə çırpınıb, sonra keçinib. Bəlkə də dozanı çox vurub".
Ətraflı Baku TV-nin süjetində: