Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyovun açıqlamaları Ermənistanın yarıcanlı həyatında hay-küyə səbəb olub.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, siyasi şərhçi Vahe Ovannisyan öz feysbuk səhifəsində yazıb.
“Aydındır ki, Qərbin əhəmiyyətli vasitəçiliyi ilə kölgədə Azərbaycan-Ermənistan təmasları olub və görünür, müəyyən razılaşmalar əldə edilib. Məndə bununla bağlı ağlabatan versiya var. Həqiqətən də strateji razılaşma əldə olunub. Azərbaycan bu hakimiyyətə (Paşinyana) özünü diriltməyə kömək edəcək. Bunun qiyməti isə Ermənistandır.
Qərb öz strateji maraqları, Ermənistan isə Nikolun gücü naminə danışıqlar aparıb. Məhz bu razılıq əldə etməyə imkan verib.
Ermənistandakı seçkilərdən, yəni bu hakimiyyətin təkrar bərpasından sonra Azərbaycanın strateji tələbləri təmin ediləcək: dəhliz, qaçqınların, anklavların qaytarılması və s.”, - deyə revanşist Ovannisyan qeyd edib.
Musavat.com