Ötən kənd təsərrüfatı ilində (iyul 2023- iyun 2024-cü il) Rusiya 54,1 milyon ton buğda ixrac edib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut jurnalistlərə açıqlamasında danışıb.
Nazirin sözlərinə görə, 2024-cü təqvim ilinin əvvəlindən buğda ixracı 33 milyon ton təşkil edib.
Ümumilikdə, ötən kənd təsərrüfatı ilində Rusiya 72,2 milyon ton taxıl ixrac edib ki, bu da əvvəlki kənd təsərrüfatı ilindən (59,2 milyon ton) 21,9 faiz çoxdur.
Cari kənd təsərrüfatı ili üçün (2024-cü il iyulun 1-dən başlayıb) Kənd Təsərrüfatı Nazirliyi ümumi taxıl ixracını 60 milyon ton həcmində qiymətləndirir. Nazirlik hələlik buğda ixracı ilə bağlı təxminləri təqdim etməyib.
Musavat.com