Ötən il Macarıstan “Türk axını” ilə rekord həcmdə qaz alıb

2024-cü ildə Macarıstan “Türk axını” boru kəməri ilə Rusiyadan rekord həcmdə - 7,6 milyard kubmetr qaz alıb.

Musavat.com xəbər verir ki, bu barədə Macarıstanın Xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat açıqlayıb.

O qeyd edib ki, “Türk axını” Macarıstana təbii qaz nəqlinin təhlükəsizliyinin təminatıdır: "Ötən il Türkiyə, Bolqarıstan və Serbiyadan keçən bu kəmərlə Rusiyadan Macarıstana 7,6 milyard kubmetr təbii qaz gəlib. Bu, mütləq rekorddur".

Musavat.com

18.01.2025 20:47
301