Ötən il bir Azərbaycan vətəndaşı İrəvandakı mənzilini satıb

2023-cü ildə Türkiyə vətəndaşları Ermənistanda hamısı İrəvanda olmaqla çoxmənzilli yaşayış binalarından 3 mənzil alıb.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın yazılı sorğusuna cavab olaraq ölkənin Kadastr Komitəsi məlumat təqdim edib.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə vətəndaşları Ermənistanda, hamsısı İrəvanda olmaqla 11 mənzil alıblar.

Kadastr Komitəsi həmçinin bildirib ki, 2023-cü ildə Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak almayıb, 2022-ci ildə isə 2 daşınmaz əmlak alıblar: biri İrəvanda, ikincisi Lori rayonunda, fərdi yaşayış binası: “Ermənistan Respublikasında Türkiyə vətəndaşları 2023-cü ildə İrəvanda çoxmənzilli yaşayış binasında 2 mənzil və Ararat rayonunda 1 torpaq sahəsi satıblar. Həmin müddət ərzində Azərbaycan vətəndaşı çoxmənzilli yaşayış binasında 1 mənzili satıb”.

Komitə satıcıların milliyyətini qeyd etməyib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan və Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlak satmayıblar.

Xatırladaq ki, Türkiyə vətəndaşları Ermənistanda ilk dəfə 2005-ci ildə, Azərbaycan vətəndaşları isə 2012-ci ildə daşınmaz əmlak alıblar.

Musavat.com

21.02.2024 13:15
893