Ötən il Azərbaycanda uşaqlara qoyulan quş adları - Kəklik, Bülbül, Durna...

Ötən il Azərbaycanda 127 uaşağa Şahin adı qoyulub.

Musavat.com xəbər verir ki, Tərlan adı 24 uşağa, Qumru 35-nə, Durna 3-nə, Turac 2-nə, Kəklik və Bülbül adlarının hər biri isə 1 nəfərə verilib.

Bundan başqa, ötən il uşaqlara qoyulan adlar arasında digər canlılara məxsus isimlər də yer alıb. Belə ki, 352 uşağa Ahu, 195-nə Aslan, 16-na Maral, 15-nə Ceyran, 1-nə isə Bəbir adı verilib.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.

15.02.2024 14:22
876