Ötən gün vətəndaşlardan 31 silah götürülüb.
Musavat.com xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı rayonlarda 6 ədəd tüfəng, 13 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Bundan başqa, fevralın 16-da qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tapança, 22 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.