Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlayıblar.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə iyunun 25-də ümumi çəkisi 16,4 kiloqrama yaxın narkotik, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 143 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

26.06.2024 13:02
398