Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfəri saxlayıb.

Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, yanvarın 3-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 6, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

04.01.2024 11:00
510