Ötən gün Azərbaycanda 82 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 82 kiloqramdan çox narkotik aşkarlayıblar.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 74 kiloqramdan artıq marixuana, 5,3 kiloqramdan çox tiryək, 2,6 kiloqrama yaxın metamfetamin olub.

10.05.2024 10:23
374