2024-cü ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 845 min nəfərdən çox olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan Musavat.com-a məlumat verilib.
Bildirilib ki, onların 448 min nəfərdən çoxunu aylıq sosial müavinət, 397 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.