Ötən ay Azərbaycana buraxılmayan şəxslərin sayı açıqlanıb

Ötən ay Azərbaycana buraxılmayan şəxslərin sayı açıqlanıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Musavat.com-a bildirilib ki, mart ayı girişi qadağan olan 23 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.

Bundan başqa, cinatətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycanın hüquq-mühafizə оrqanları tərəfindən axta­rışda оlan 210 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olan 331 nəfərin ölkəni tərk etməsinə imkan verilməyib.

01.04.2022 14:19
431