Oskanyan Qarabağdan DANIŞDI - “Azərbaycan bu məsələni hərbi yolla həll etdiyini düşünürsə...”

“Qarabağ ermənilərinin beynəlxalq zəmanət altında kollektiv şəkildə geri qaytarılması məsələsi ətrafında çox müsbət münasibət var”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan feysbukda yazıb.

Onun sözlərinə görə, Ermənistan Qarabağ ermənilərinin kollektiv şəkildə qaytarılması məsələsini danışıqların gündəliyinə çıxarsa, beynəlxalq ictimaiyyətdən dəstək alacaq.

“Mən bununla bağlı Toivo Klaarın sözlərinə diqqət çəkirəm. Onun bildirdiyinə görə, Azərbaycanın bu məsələ ilə bağlı öhdəliyi var və bu məsələ gündəmdə olmalıdır. Klaara görə, Qarabağ ermənilərinin qaytarılması müqabilində Azərbaycan azərbaycanlıların Ermənistana köçməsi məsələsini qaldıra bilər, lakin bu məsələlərin bir-biri ilə qətiyyən əlaqəsi yoxdur”, - deyə Oskanyan bildirib.

Onun digər iddiasına görə, Klaarın müsahibəsində Qarabağ məsələsinin hələ də həll olunmadığı hiss olunur.

“Azərbaycan bu məsələni hərbi yolla həll etdiyini düşünürsə, deməli, çox yanılır. Beynəlxalq təminatlar verilməyənə qədər Qarabağ məsələsi həll olunmayacaq”, - deyə revanşist siyasətçi qeyd edib.

Musavat.com

06.08.2024 16:38
2305